
Nərimanov rayonu ərazisində mağazalardan birinin seyfindən 510 min manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Nərimanov rayon Polis İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Nərimanov rayonu ərazisində mağazalardan birinin seyfindən 510 min manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü-Abşeron rayon sakini Elçin Həsənov tutulub.
Anar
Gununsesi.info