Bakıda 59 yaşlı piyadanı avtomobil vurub

  • By admin
  • 09 Yanvar 2018 21:48


Bakıda piyadavurma hadisəsi qeydə alınıb. APA-nın xəbərinə görə, hadisə Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində baş verib. Məlumata görə, 1959-cu il təvəllüdlü Mehbalıyev Qələmdar yolu keçərkən avtomobil onu vurub. Xəsarət alan piyada sürücü tərəfindən dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılaraq, əməliyyata götürülüb.

Q.Mehbalıyevin kəllə-beyin travması aldığı, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info