Bakıda 8 nəfərlik İranlı ailə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

  • By admin
  • 07 Mart 2020 18:59

İran vətəndaşlarından ibarət bir ailənin 8 üzvü martın 4-də Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bu barədə TƏBİB Dövlət İcbari Tibbi Sığorta Agentliyinin məlumatında deyilir.

Şübhə ailənin azyaşlı üzvlərindən birində yüksək hərarət olduğu üçün ailənin Təcili Yardım xidmətinə müraciət etməsindən sonra yaranıb. Tibbi müayinə zamanı uşağın atasının fevralın 27-də İrandan gəldiyi məlum olub.

Profilaktika və koronavirus testlərinin həyata keçirilməsi məqsədilə ailənin bütün üzvlərinin (6-sı uşaq olmaqla, 8 İran vətəndaşı) xəstəxanaya yerləşdirilməsi təklif olunub. Amma ailə müqavimət göstərib, bu səbəbdən hadisə yerinə polis çağırılıb.

Hazırda ailə karantin müddətinə xəstəxanada müşahidə altında saxlanılır.

Gununsesi.org