Bakıda ailə faciəsi: ATA VƏ AZYAŞLI OĞLU ÖLDÜ, 5 NƏFƏR YARALANDI

  • By admin
  • 07 Noyabr 2017 10:15
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub.
Nəticəndə “VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info