Bakıda ana və oğlunun öldüyü ağır qəza ilə bağlı cinayət işi açıldı

  • By admin
  • 20 Aprel 2021 09:45

Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Hadisə aprelin 19-u paytaxtın Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Taleh Tağıyevin idarə etdiyi “Ravon” markalı avtomobil Gülnar Yuniszadə, onun oğlu Yusmir Yuniszadə və bacısı Fidan Cəfərzadəni vurub. Nəticədə ana və oğlu ölüb, F.Cəfərzadə isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanı törədən T.Tağıyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. (report)