Bakıda ata qızını zəhərli iynə ilə öldürdü

  • By admin
  • 23 Mart 2021 10:45

Bakıda ata qızına zəhərli iynə vuraraq öldürüb.

Gununsesi.info-nun Report-a istinadla məlumatına görə, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.

62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək ona zəhərli iynə vurub. Nəticədə G.Salmanova ölüb.

H.Salmanov saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Gununsesi.info