Bakıda avtobus sürücüsü sükan arxasında nərd oynayıb - VİDEO

  • By admin
  • 31 Mart 2017 22:25

avtobus surucusu nerd

Avtobus sürücüsü nərd oynaya-oynaya sərnişin daşıyır. 

Gununsesi.info-nun xezerxeber.az-a istinadən verdiyi məlumata görə, hadisə ötən gün 160 nömrəli sərnişin avtobusunda yaşanıb.

Araşdırma zamanı məlum olub ki, sərnişinlərin həyatını təhlükəyə atan sürücünün adı Elşən Məmmədovdur.

E.Məmmədovdan bunun səbəbini soruşduqda, o, bu addımı başını qatmaq üçün atdığını bildirib.

Artıq həmin sürücü və marşurt xəttinin sahibi Bakı Nəqliyyat Agentliyinə dəvət edilib.

Bununla yanaşı sürücünün inzibati qaydada cərimə olunması üçün Dövlət yol polisinə də məlumat verilib.

Qeyd edək ki, sürücü əlində telefon nəqliyyat vasitəsini idarə etdiyi üçün onu 50 manat miqdarında cərimə gözləyir.

Gununsesi.info