
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, şəhərin Nizami rayonunda vətəndaşa məxsus “Daewoo” markalı avtobusun arxa təkərində əyləc sistemi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info











