Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb

  • By Günel
  • 13 Yanvar 2025 09:11

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə Yasamal rayonu Ş. Mehdiyev küçəsində qeydə alınıb.

Məzahir Kərimov idarə etdiyi “Hyundai Grandeur” markalı avtomobillə hərəkətdə olarkən piyada 1961-ci il təvəllüdlü Şaiq Mansurovu vurub.

Nəticədə piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info