Bakıda avtomobil piyadanı vurdu

  • By admin
  • 28 Oktyabr 2017 09:48

Bakıda ahıl kişini avtomobil vuraraq öldürüb.

Gununsesi.info reporta istinadən xəbəri verir ki, hadisə Sabunçu rayonunda baş verib. Məhəmmədi qəsəbəsində “Mercedes” markalı avtomobil yolu keçən 62 yaşlı Bəşirov Camal Cəlal oğlunu vurub. O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törədən sürücü faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gununsesi.info