Bakıda avtomobil qatarla toqquşdu - Ölən və yaralanan var

  • By admin
  • 11 Noyabr 2016 10:49

qatar

Bakıda minik avtomobili yük qatarı ilə toqquşub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki,  hadisə Xəzər rayonunda, Qala yolunda qeydə alınıb. Bakı şəhər sakini, 27 yaşlı Vahid Ələkbərovun idarə etdiyi “VAZ-21074” markalı, 90 HH 778 dövlət nömrə nişanlı avtomobil yük qatarına çırpılıb. Nəticədə minik maşınının sərnişini, 49 yaşlı Akif Alıyev hadisə yerində ölüb.

Sürücü V. Ələkbərov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.