Bakıda avtomobildən 3400 manat pul oğurlanıb

  • By admin
  • 24 Avqust 2017 12:22

masin_ogrusu_018

Bakı şəhərində avtomobildən 3400 manat pul oğurlanıb. 

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 22-də Nəsimi rayonu ərazisində “Lexus” markalı avtomobilə oturmuş naməlum şəxs oradan soyğunçuluq yolu ilə 3400 manat pul aparıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini Məmməd Əsgərov tutulub.

Gununsesi.info