
Bakıda avtomobilini qadağan olunmuş yerdə saxlayan şəxsə maraqlı cəza verilib.
Gununsesi.info a24.az-a istinadən xəbər verir ki, Yasamal rayonunda sakinlər avtomobilini binanın avtomobil çıxışında park edib getmiş şəxsə maraqlı cəza veriblər.
Belə ki, Ford markalı avtomobilin sahibini tapmadıqlarından avtomobilin üzərinə məişət tullantıları töküblər. Daha sonra avtomobilin fotosunu sosial medaida paylaşıb tənqid ediblər.

Gununsesi.info












