Bakıda Azərbaycan və Bolqarıstan Müdafiə nazirliklərinin ekspertləri arasında işçi görüş keçirilib

  • By admin
  • 07 İyun 2018 11:43

Bakıda Azərbaycan Müdafiə Nazirliyi ilə Bolqarıstan Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən hər iki ölkənin müdafiə nazirliklərinin təhsil üzrə ekspertlərin işçi görüşü keçirilib.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə NATO-nun STANAG testlərinin tərtibatına və qarşılıqlı sınaqdan keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Gununsesi.info