Bakıda Azadlıq prospekti – Dilarə Əliyeva küçəsinin kəsişməsindəki yolda məhdudiyyət tətbiq edilib

  • By ilhame
  • 03 Dekabr 2023 11:57

Bakının Nəsimi rayonu, Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsindəki yolda məhdudiyyət tətbiq edilib.

 

Bu barədə Gununsesi.info-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

 

Buna səbəb qeyd olunan prospekt ilə kəsişmədən Puşkin küçəsi ilə kəsişməyə qədər yolda təmir işlərinin aparılmasıdır.

 

“Sürücülərdən nəzərə almaları xahiş edilir”, – Mərkəzdən bildirilib.

Gununsesi.info