Bakıda baş verən uçqunla bağlı cinayət işi açıldı

  • Müəllif: admin
  • 12 Aprel 2017 17:45

green_city_120417

Bakının Səbail rayonunda tikilməkdə olan istirahət mərkəzində baş vermiş uçqun hadisəsilə bağlı cinayət işi başlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə mətbuata Səbail rayon prokurorluğundan məlumat verilib.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma – eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Gununsesi.info