Bakıda beynəlxalq mahnı müsabiqəsi keçiriləcək

  • By admin
  • 18 Aprel 2017 14:50

dcf2db2479a1cf8bc1964ecaed581abb

Aprel 21-də Gənclər və İdman Nazirliyi (GİN) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Bakı şəhərində “Elektra Events Hall”-da “Həmişə Gənc” şüarı altında “Youthvision” II Beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, “Youthvision” II Beynəlxalq mahnı müsabiqəsinin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur.

Müsabiqənin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədi ilə 2016-cı ildə youthvision.az saytı istifadəyə verilib. Müsabiqə 14-35 yaşarası gənclər arasında keçirilir.

Müsabiqədə qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən 1 nəfər münsif üzvü dəvət olunur.

Müsabiqəyə ümumilikdə xarici ölkələrədən iştirakçılar, münsiflər və onları müşaiyət edən şəxslər qismində 80-90 nəfər nümayəndənin gəlişi gözlənilir.

Anar
Gununsesi.info