Bakıda bıçaqlanma hadisəsi baş verib

  • By admin
  • 14 Oktyabr 2016 12:57

bicaq

Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü İsabala Allahverdiyev kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info Nəsimi Rayon Polis İdarəsinə istinadən xəbər verir ki, hadisə rayonun Namiq Məlikov küçəsində qeydə alınıb. Əməliyyat tədbirləri nəticəsində İ. Allahverdiyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Eldəniz Abbasov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, aralarında yaranmış mübahisə zəmində bir-birilərini bıçaqlayıblar. E. Abbasovun xəsarəti yüngül olduğundan o, həkimə müraciət etməyib.

Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsinə araşdırma aparılır.

Anar
Gununsesi.info