Bakıda bina çökdü - Xəsarət alanlar var

  • By admin
  • 24 Fevral 2022 13:50

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində “City Garden” şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.

Qurumdan Gununsesi.info-ya verilən məlumata görə, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

İlkin məlumata görə hadisə zamanı bir neçə şəxs xəsarət alıb.

Bildirilib ki, yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

Gununsesi.info