Bakıda bir neçə nəfərə məxsus saxlanc yerindən oğurluq edilib.
Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu, Senuşkin küçəsi 27 ünvanında yaşayan bir neçə nəfər polisə müraciət edərək bildirib ki, yaşadıqları binanın blokunda yerləşən saxlanc yerlərinin qapısı naməlum şəxslər tərəfindən sındırılıb. Orada saxlanılan müxtəlif qab-qacaqlar, məişət alətləri və köhnə avadanlıqlar oğurlanıb.
Qeyd edək ki, oxşar müraciətlər həmin rayonun digər ərazilərində, eləcə də Binəqədi və Nizami rayonlarında da qeydə alınıb.
Gununsesi.info