Bakıda bu yolda yenilik edildi 

  • By admin
  • 22 Noyabr 2021 13:02

Noyabrın 20-21-də Bakının Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.

Gununsesi.info Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir-tikinti işləri körpünün “Qələbə dairəsi” istiqaməti üzrə hərəkət hissəsində aparılıb.

Sürücüləryol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər.

Gununsesi.info