Bakıda cinayətkar dəstə tutulub

  • By admin
  • 17 Yanvar 2017 11:54

cinayet

Quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də əcnəbi vətəndaşa – Biyar Cumaah Shaikaniyə qarşı quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri – Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulublar. Digər şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.

Anar

Gununsesi.info