Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - 4 NƏFƏR TÜSTÜDƏN ZƏHƏRLƏNİB, 30-U İSƏ TƏXLİYƏ OLUNUB

  • Müəllif: admin
  • 31 Yanvar 2017 09:00

big_1449326816_yangin

Bu gün Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 4 nəfər bina sakini tüstüdən zəhərlənib və 30 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info