Bakıda DƏHŞƏT – 83 yaşlı qadının başını kəsdilər

  • By admin
  • 28 Yanvar 2019 11:36

Bakının Xətai rayonunda dəhşətli cinayət baş verib.

Gununsesi.org Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Xətai rayon prokurorunun köməkçisi Fariz İbrahimov deyib.

Cinayət Xətai rayonu, İ.İsmayılov küçəsi ev 52-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1936-cı il təvəllüdlü Patimat Kudjayevanın baş və boğaz nahiyəsinin kəsilmiş xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.

“Hazırda hadisə yerində araşdırmalar aparılır. Bütün hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir. Qətlin kim tərəfindən törədildiyi məlum deyil”, – deyə prokurorluq əməkdaşı bildirib.

Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.