Bakıda dəhşətli qəza: “KamAZ” 6 maşını əzdi - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 30 May 2016 18:24

Qeza Nesimi 7

Bakıda baş verən zəncirvari qəzada 7 maşın əzilib. Gununsesi.info xəbər verir ki, hadisə Nəsimi rayonun 3-cü mikrorayon bazarının yaxınlığındakı tuneldə qeydə alınıb. Qumla yüklü “KamAZ” iki mikro avtobus olmaqla 6 maşını əzib. Əzilən maşınlardan ikisi ata və oğluna məxsus “Mercedes” markalı sərnişin mikroavtobusu, dördü isə “Mercedes” markalı minik avtomobilləridir. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və yol polisinin əməkdaşları gəliblər. Araşdırma aparan polislərin verdiyi məlumata görə, qəzanın əsl səbəbi aparılacaq avtotexniki ekspertizanın nəticələrindən sonra məlum olacaq. Hadisədən sonra “KamAZ”ın sürücüsü sərxoşluq müayinəsi üçün polis idarəsinə aparılıb. Qəza baş verən tuneldə böyük tıxac meydana gəlib. Əraziyə əlavə polis qüvvələri cəlb olunub, əzilən maşınlar evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Qeyd edək ki, qəza zamanı avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Gununsesi.info

 

Qeza Nesimi 3

 

Qeza Nesimi 5

 

Qeza Nesimi 6

 

Qeza Nesimi 5

 

Qeza Nesimi

 

Qeza Nesimi1