Bakıda da ev yandı

  • Müəllif: admin
  • 30 Noyabr 2016 09:10

yanan-ev
Bakıda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 1 otağın yanar konstruksiyaları, ev əşyaları 40 m² sahədə yanmış və yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 6 m² sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info