Bakıda daha bir itkin -Foto

  • Müəllif: admin
  • 25 Noyabr 2018 19:34

 

Bakıda daha bir nəfər itkin düşüb.

“Gununsesi.org” un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, ev 31-də baş verib. Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü Vüqar Əhmədov bu gün səhər 9 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun alzheimer xəstəsi olduğu bildirilir.

V. Əhmədov evdən çıxarkən üzərində göy rəngli gödəkçə olub.

Onu görənlərdən (055) 741-22-31 telefon nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.