Bakıda daha bir spirtli içki qurbanı: Küçədən meyiti tapıldı

  • Müəllif: admin
  • 17 Yanvar 2020 11:05

Bakıda naməlum kişi meyiti tapılıb.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib.

Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub.

Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Gununsesi.org