Bakıda daha bir yaşayış binası sökülür - FOTOLAR

  • By admin
  • 13 Avqust 2022 11:43

Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.

Gununsesi.info xəbər verir ki, bu, Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.

Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.

Qeyd edək, sözügedən ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur.

İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.