Bakıda daş karxanasında meyit tapıldı

İyunun 18-də, saat 22:00 radələrində Qaradağ rayonu ərazisində yerləşən Şahqaya daş karxanaları kompleksində kişi meyitinin aşkarlanması barədə məlumat daxil olub. 

Gununsesi.org bildirir ki, bu barədə Oxu.Az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri, o cümlədən, zorakılıq əlamətləri aşkar edilməyib.

İlkin araşdırmalarla mərhumun son 8-10 il ərzində Şahqaya daş karxanaları kompleksi ərazisində yaşamaqla tüfeyli həyat tərzi keçirmiş “Saşa” adı ilə çağırılan şəxs olması müəyyən olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.org