Bakıda dayə körpə ilə qəddar rəftar etdi – Video

  • By admin
  • 07 Avqust 2017 20:43

9f1b01ae00c270cbcbcf48200529df7f
Bakıda dayənin uşağa qarşı etdiyi rəftarı kameraya düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə ev sahibi Baku.vs-ə məlumat və video göndərib.

Qeyd olunur ki, Biləcəridə yaşayan dayə Qluxova Yelena Anatoleyvna azyaşlını özbaşına evdə buraxaraq mətbəxdə divanda oturub çay içir.

Bundan başqa, videoda görünür ki, dayə uşağa qarşı çox laqeyid yanaşır. Körpə qışqırsa da, ağlasa da dayə öz işi ilə məşğuldur, fikir vermir.

Bildirilir ki, dayə evdə kameraların olduğunu bilsə də bu kamerların səsi də yazdığını bilmirdi.

Gununsesi.info