Bakıda dini kitablar satan mağazada əməliyyat keçirilib

  • By admin
  • 13 Oktyabr 2016 13:22

dinikitab

Hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində dini kitab və vəsaitlər satılan mağazalardan birində əməliyyat həyata keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, nəticədə çoxlu sayda qadağan olunan ədəbiyyat, Aşura mərasimlərində istifadə olunması üçün nəzərdə tutulan və üzərində radikal və dini ekstremizmi, dini ayrı-seçkiliyi təbliğ edən şüarlar yazılan köynəklər, baş geyimləri aşkar olunaraq götürülüb.

Faktla bağlı prokurorluqda araşdırmalar davam etdirilir.

Gununsesi.info