Bakıda evakuator dilənçini vuraraq öldürüb

  • By admin
  • 16 Yanvar 2018 09:30

Bakının Nərimanov rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info report.az-a istinadən bildirir ki, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Abdullayeva Ruhiyyə dilənçiliklə məşğul olan zaman onu yüksək sürətlə hərəkət edən “188” evakuasiya xidmətinə məxsus “İsuzu” markalı avtomobil vurub. Qadın hadisə yerində ölüb.

Gununsesi.info