Bakıda evdən külli miqdarda qızıl və dollar apardılar

  • By admin
  • 16 Oktyabr 2016 12:04

qizil

 

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb. Lent.az-ın məlumatına görə, Mirzə Fətəli Axundov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Hümbətov Yusif Zülfüqar oğlu polisə müraciət edərək bildirib ki, mənzilindən 24 min dollar və 15 min dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

O bildirib ki, səhərdən axşamadək mənzildə kimsənin olmadığı vaxt mənzilin mətbəxinin pəncərəsi sındırılıb və yataq otağındakı dolabda saxlanılan pul və qızıllar aparılıb.

Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Gununsesi.info