Bakıda gecə klubunda dava: sevgilisini bıçaqla hədələdi

  • By admin
  • 19 Noyabr 2017 14:48


Bakıdakı gecə klublarından birində xuliqanlıq hadisəsi baş verib. Lent.az xəbər verir ki, polisə müraciət edən 21 yaşlı Gülarə İsayeva gecə saat 01:30 radələrində R.Behbudov küçəsində yerləşən “Seyf” gecə klubda qeyri-rəsmi birgə yaşadığı Nahid adlı şəxsin ona qarşı xuliqanlıq edərək döydüyünü bildirib. Şikayətçi qeyd edib ki, həmin şəxs aralarında yaranmış mübahisə zəminində üzərində olan bıçaqla ona hədə-qorxu gəlib.
Araşdırma aparılır.

 

Gununsesi.info