Bakıda hədə-qorxu yolu ilə pul tələb edən yaxalandı

  • By admin
  • 15 İyul 2017 13:42

qandal-qolda

Hədə-qorxu yolu ilə 170 manat almaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-də Zamin Səfərovun 170 manat pulunu hədə-qorxu yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Seyran Cahangirov tutulub.

Anar

Gununsesi.info