Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən dördmərtəbəli “Araz” hoteli sökülür. “Araz” hoteli ilə yanaşı, digər oyektlər də sökülür.
Gununsesi.info-nun məlumatına görə, ümumilikdə üç hektar ərazidə söküntü işləri aparılır. Bununla əlaqədar otelin və digər obyektlərin içərisində olan şəxslər çıxarılıblar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da hadisə yerində olub.
Gununsesi.info