Bakıda idmançı “Galendewagen”lə adam vurdu - ÖLƏN VAR

  • By admin
  • 21 İyul 2017 11:26

5971ad42cf389_1500619037_1

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info lent.az-a istinadən məlumat verir ki, dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi “Mercedes Galendewagen” markalı avtomobillə piyadanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.

Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info