
Bakının Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd “SUPERMAZ” markalı yük avtomobillərinin kabinə və mühərrik hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 18.53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info