Bakıda iki ev yandı - BİR QADIN ÖLDÜ

  • By admin
  • 23 Avqust 2017 11:40

yangin_ev_000

Paytaxtda iki ev yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda bir-birinə bitişik tikilmiş ümumi sahəsi 90 m² olan 4 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 78 m² olan 3 otaqlı evin dam örtüyü 58 m² sahədə yanıb.

Yanğnın kəşfiyyatı zamanı Süleymanova Zərgül Nəriman qızının cəsədi aşkar olunub.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 09:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info