
Səbail rayonu ərazisində ov tüfəngindən atəş açaraq iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aprelin 19-da Səbail rayonu ərazisində Şamaxı rayon sakini Ələddin Bağırov və Bakı şəhər sakini Firuddin İsmayılov ayaqlarından aldıqları qırma yaraları ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Soltan Turabov, Aqil Seyidəliyev və İbrahim Əsədzadə tutulublar.
Anar
Gununsesi.info










