Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - FOTOLAR

  • By admin
  • 05 Oktyabr 2016 13:40

qeza

Ötən gecə Sabunçu rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Sabunçu rayonunda yol qəzası baş verib. Aeroport yolunda Mərdəkan istiqamətində hərəkətdə olan Mercedes markalı avtomobil qarşısında hərəkət edən vaz 21015 markalı avtomobilə çırpılıb. Qəza zamanı Vaz markalı avtomobildə olan sərnişinlər 70 yaşlı Gilas Əliyeva və 50 yaşlı Rübabə Orucova xəsarətlər alıblar. Yaralılara ilkin yardımı hadisə şahidləri göstəriblər. Daha sonra xəsarət alanlar xəstəxanaya aparılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən Mercedesin sürücüsü ərazidən qaçıb. Yol polis əməkdaşları hadisə yerindən qaçan sürücünün kimliyini müəyyən ediblər.

Faktla əlaqədar başlanan araşdırmalar davam edir.

qeza1

Gununsesi.info