Bakıda intihar - 27 YAŞLI OĞLAN ÖZÜNÜ ASDI

  • By admin
  • 01 İyun 2017 09:10

 intihar

Bakıda intihar hadisəsi olub.

Gununsesi.info məlumatına görə, hadisə mayın 31-də paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qafarov Nahid Həsənağa oğlu yaşadığı Buzovna qəsəbəsi, Eyvazov küçəsi 9 saylı evdə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Gununsesi.info