Bakıda intihara cəhd olub.
Gununsesi.info xəbər verir ki, Xətai rayonu ərazisində, Xocalı küçəsində bir nəfər doqquzmərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atmaq istəyib.
Hadisə yerinə xilasedicilər cəlb edilib. Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info