Bakıda intihara cəhdin qarşısı alınıb

  • By admin
  • 28 Dekabr 2021 23:55

Bakıda intihara cəhdin  qarşısı alınıb.

GUNUNSESİ.İNFO bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin eyvanına bərkidilən kondisionerin mühərrik hissəsinin üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Gununsesi.info