
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, şəhərin Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 45 m2 sahədə yanmış, yüksək temperaturdan kafenin lambirdən ibarət tavanı əriyib.
Belə ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info












