Bakıda keçirilən beynəlxalq biznes forum çərçivəsində bir neçə sənəd imzalanıb – FOTO

  • By admin
  • 25 Noyabr 2016 13:30

cavid-tr

Bakıda keçirilən “Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu” biznes forumu çərçivəsində bir neçə saziş imzalanıb.

Gununsesi.info xəbər verir ki, saziş Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov və Ukrayna Dəmir Yollarından Marek Robert Zalesnıy qarşılıqlı əməkdaşlıq memorandumunu imzalayıb.

Bundan başqa, “TransKonteyner” Publik Səhmdar Cəmiyyəti və Çinin “Dalyan limanı Korporasiyası” arasında strateji əməkdaşlıq haqqında memorandum, “TransKonteyner” Publik Səhmdar Cəmiyyəti və “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq haqqında memorandum, Hindistan Nəqliyyat-Logistika Assosiasiyaları Federasiyası və “RJD Logistika” Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq haqqında saziş,
“Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” QSC arasında əməkdaşlıq haqqında memorandum və “RJDstroy” Səhmdar Cəmiyyəti və “Bakı metropoliteni” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, tədbirdə 1520 millimetr (relslərarası məsafə) məkanına daxil olan ölkələrin dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq hakimiyyət orqanlarının rəhbərləri iştirak edirlər.

Gununsesi.info