Bakıda “Lexus” yandı, tıxac var – Foto

  • By admin
  • 24 Noyabr 2016 20:16

 trend_car_241116__1

 

Bakıda minik avtomobili yanıb.

Gununsesi.info xəbər verir ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.

90 KU 667 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil prospektdə hərəkətdə olarkən qəfil alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən briqadası gəlib. Avtomobil söndürülüb.

Hadisə Z.Bünyadov prospektində böyük tıxaca səbəb olub.

 

Gununsesi.info