Bakıda məktəbli qız özünü asıb

  • Müəllif: admin
  • 10 Aprel 2017 09:48

qadin intihar

Bakıda məktəbli intihar edib.

Gununsesi.info xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Orada yaşayan 11-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü Nərmin Aslanova özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.