Bakıda mənzildə meyit tapıldı

  • Müəllif: admin
  • 12 Sentyabr 2017 15:00

meyit-olu

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nəsimi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1952-ci il təvəllüdlü Şıxəliyev Yusif Ataman oğlunun cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info